Tel.: (+994 50) 300 01 49

Email:

header-about

"Tunel-Metro İnşaat" MMC Haqqında

"Tunel-Metro İnşaat" MMC 2001-ci ildə Bakı şəhərində təsis edilmişdir. Özəl tikinti müəssisəsi yarandığı vaxtdan Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə həyata keçirilən məcburi köçkünlər üçün yaşayış qəsəbələrinin və hündürmərtəbəli yaşayış evlərindən ibarət məhəllələrin tikintisi tenderlərində iştirak etmiş və bir qayda olaraq tikintiləri aparmaq hüququ qazanmışdır.

"Tunel-Metro İnşaat" MMC-nin təsisçisi və rəhbəri Qərib Kamran oğlu Dadaşovdur.

"Tunel-Metro İnşaat" MMC-nin bu günə kimi gördüyü işlərin boy sirasına baxsaq onun ölkə tikinti kompleksindəki yeri barədə fikir söyləmək olar.

2001-ci ildə "Tunel-Metro İnşaat" MMC-nin inşaatçıları Qərib Dadaşovun rəhbərliyi altında "Həzi Aslanov" metro stansiyasında havalandırma, isitmə, su, kanalizasiya sistemlərinin çəkilişini, Bakı şəhərinin Nəsimi, Xətai və Nərimanov rayonlarında istilik şəbəkəsinin yenidən qurulması işlərini, 2002-ci ildə Lənkəran şəhərində sürüşmədən zərər çəkmiş 5 mərtəbəli yaşayış binasının bərpa olunması, 2003-cü ildə Bakı şəhərində 100-ə yaxın zəlzələdən ziyan çəkmiş obyektlərin bərpasını - bulardan Böyük Qala 10 ünvanında 3 mərtəbəli yaşayış binasının tikintisini, 2004-cü ildə Yasamal rayonunda məcburi köçkünlərin yaşayış binasının bərpasını, 2005-ci ildə Nəsimi metro stansiyasının havalandırma, isitmə, su, kanalizasiya sistemlərinin çəkilişini müəffəqiyyətlə həyata keçirmişlər.

2005-2006-cı illərdə Ağdam rayonunun "Bənövşələr" qəsəbəsində 189 ədəd fərdi yaşayış evinin tikintisi, 2007-ci ildə Biləsuvar rayonunda 88 ədəd fərdi yaşayış evinin tikintisi, Füzuli rayonun 1 saylı qəsəbədə sosial obyektlərin tikintisi, Füzuli rayonu 59 saylı qəsəbədə 88 ədəd fərdi yaşayış evinin tikintisi, 2009-cu ildə Goranboy rayonunun ərazisində 596 məcburu köçkünlər üçün inşaa edilən qəsəbənin qaz təchizatının tikintisi, 2010-cu ildə Binəqədi rayonunda 364 məcburi köçkün ailəsi üçün inşaa edilən məhəllədə 9 mərtəbəli, 63 mənzilli yaşayış evinin tikintisi, Goranboy rayonu ərazisində 45 mənzilli 5 mərtəbəli yaşayış evlərinin tikintisi, 2011-ci ildə Ağcabədi rayonu ərazisində 552 məcburi köçkün ailəsi üçün tikilən qəsəbənin qaz təchizatı, 2012-ci ildə Ağcabədi rayonu ərazisində 556 məcburi köçkün ailəsi üçün tikilən qəsəbənin qaz təchizatı, Şəki şəhəri ərazisində 423 məcburi köçkün ailəsi üçün tikilən qəsəbənin qaz təchizatı, Mingəçevir şəhərində 502 məcburi köçkün ailəsi üçün tikilən qəsəbənin qaz təchizatı, Bərdə rayonu ərazisində 195 məcburi köçkün ailəsi üçün tikilən qəsəbənin qaz təchizatı, Qaradağ rayonu ərazisində 1410 məcburi köçkün ailəsi üçün salınan qəsəbədə 40 mənzilli yaşayış binasının tikintisi, Masazir qəsəbəsində məcburi köçkün ailələri üçün tikilən 758 mənzilli yaşayış binalarının qaz təchizatı, İmişli rayonu ərazisində 550 məcburi köçkün ailəsi üçün tikilən qəsəbənin qaz təchizatı, 2013-cu ildə İmişli rayonu ərazisində 550 məcburi köçkün ailəsi üçün tikilən qəsəbədə 50 ədəd fərdi yaşayış evinin tikintisi, Qaradağ rayonu ərazisində qaz təchizatı, Gəncə şəhəri ərazisində 1500 məcburi köçkün ailəsi üçün tikilən qəsəbədə 5 mərtəbəli, 60 mənzilli yaşayış binalarının tikintisi və qəsəbənin qaz təchizatı, Qaradağ rayonu Ümüd qəsəbəsində 500 mənzilin qaz təchizatı layihələrini yerinə yetirmişlər.

 "Tunel-Metro İnşaat" MMC-nin kollektivi 2014-cü ildə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlər Komitəsinin xətti ilə Ağdam rayonu ərazisində 632 məcburi köçkün ailəsi üçün tikilən qəsəbənin qaz təchizatı sisteminin tikintisi, Bərdə rayonu ərazisində 588 məcburi köçkün ailəsi üçün salınan qəsəbənin qaz təchizatı, Mingəçevir şəhərində 594 məcburi köçkün ailəsi üçün salınan qəsəbənin qaz təchizatı, Saatlı rayonu ərazisində 230 məcburi köçkün ailəsi üçün salınan qəsəbənin qaz təchizatı, Göy-Göl rayonu ərazisində 600 məcburi köçkün ailəsi üçün salınan qəsəbədə 47 ədəd fərdi yaşayış evinin tikintisini reallaşdırmışlar.

2015-ci ildə Cəmiyyətin inşaatçıları Qazax rayonu ərazisində 300 məcburi köçkün ailəsi üçün salınan qəsəbənin qaz təchizatı, istilik şəbəkəsi, qazanxana və servis binasının tikintisi, Şirvan şəhəri ərazisində məcburi köçkün ailələri üçün 1 ədəd 3 mərtəbəli 21 mənzilli yaşayış binasının tikintisi, Sabirabar rayonu ərazisində 440 məcburi köçkün ailəsi üçün salınan qəsəbənin qaz təchizatı, Zaqatala rayonu ərazisində 135 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində qaz təchizatı sisteminin tikintisi və s. işləri yerinə yetirmişlər.

Deyək ki, "Tunel-Metro İnşaat" MMC-nin kollektivinin gücü ilə tikilən bütün obyektlər bir qayda olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlər Komitəsi tərəfindən yüksək keyfiyyətli iş kimi qəbul olunmuşdur.

"Tunel-Metro İnşaat" MMC rəhbərliyinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlər Komitəsi ilə 2001-ci ildən başlanan sifarişçi-podratçı münasibətləri yüksələn xətt üzrə inkişaf etmiş və bu gün də davam edir.

"Tunel-Metro İnşaat" MMC-nin qazandığı naliyyətlərdə başda direktor Qərib Dadaşov olmaqla kollektivin hər bir üzvünün payı vardır. Belə ki, qazanılan uğurlarda inşaatçılardan Şövqi Seyfullayevin, Kamandar Bayramovun, Rauf Dadaşzadə, Kərim Kərimovun, Misir Dadaşovun, Faiq Abbasovun və digərlərinin rolu böyükdür və kollektiv ölkə tikintisində çox sayda layihələrə imza atmaq əzmindədirlər.

Bizim Üstünlüklərimiz

ustunluk-tecrube Tikinti sahəsində böyük təcrübə
ustunluk-ishchiler Professional Mühəndis-İşçi heyəti
ustunluk-mashin Müasir Maşın və Texnika parkı
ustunluk-ok Əlverişli Qiymət siyasəti
ustunluk-saat Layihələrin optimal vaxtda təhvil verilməsi