Tel.: (+994 50) 300 01 49

Email:

Rəhbərlik

IMG-20160201-WA0001"Tunel-Metro İnşaat" MMC-nin təsisçisi və rəhbəri Qərib Kamran oğlu Dadaşovdur.

Qərib Dadaşov Azərbaycan İnşaat Mühəndisləri İnstitunu bitirib. Əmək fəaliyyətinə 1976-cı ildə texnik kimi başlayıb. Qərib Dadaşov 1977-ci ildən inşaatçı kimi Sənaye Tikinti Nazirliyinin 2 saylı Tikinti Trestində və "Azsantexquraşdırma" trestinin Sumqayıt Quraşdırma İdarəsində müxtəlif vəzifələrdə çalışıb. O, 1991-ci ildə "Rəmz-1" kiçik müəssisəsində direktor, 1992-ci ildən 1994-cü ilə qədər Təsərrüfat hesablı "Santexelektrikquraşdırma" İdarəsi sahəsində rəis, 1994-cü ildən "Sənayesantexquraşdırma" İdarəsində rəis, 1996-cı ildən isə "Azərsənayetikinti" Dövlət şirkətində fəaliyyətini davam etdirmişdir.

Qərib Dadaşov 2001-ci ildə "Tunel-Metro İnşaat" MMC özəl şirkətini təsis etmiş və 2001-2010-cu illərdə "Tunel-Metro İnşaat" MMC ilə "Azərmetrotikinti" ASC arasınada bağlanan subpodrat müqaviləsi əsasında metro tikintisində cox böyük işlər görmüşdür.

Qərib Dadaşov 2010-cu ilin yanvarın 15-dən "Azərtunelmetrotikinti" ASC-nin Xüsusi Hidrotexniki İşlər İdarəsinin rəisi təyin olunmuş və "Azərtunelmetrotikinti" ASC ləğv olunana kimi bu idarəyə yüksək peşəkarlıqla rəhbərlik etmişdir.

09 aptel 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müvafiq Sərəncamı ilə Qərib Dadaşov Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə "Əməkdar Mühəndis" fəxri adına layiq görülmüşdür.

Qərib Dadaşov hal-hazırda "Tunel-Metro İnşaat" MMC-nin rəhbəri olaraq peşəkar fəaliyyəti ilə ölkəmizin tikintı sənayesinə öz töhfəsini verməkdədir.

Bizim Üstünlüklərimiz

ustunluk-tecrube Tikinti sahəsində böyük təcrübə
ustunluk-ishchiler Professional Mühəndis-İşçi heyəti
ustunluk-mashin Müasir Maşın və Texnika parkı
ustunluk-ok Əlverişli Qiymət siyasəti
ustunluk-saat Layihələrin optimal vaxtda təhvil verilməsi